Menu

Solovyov bütün MDB-də “SVO” tələb edir – “Beynəlxalq hüquqa tüpürməliyik”

12.01.2026, 09:22
Solovyov bütün MDB-də “SVO” tələb edir – “Beynəlxalq hüquqa tüpürməliyik”

"Biz hazırda nə Suriya, nə də Venesuela ilə məşğul olmalı deyilik, Moskva üçün ən vacib şey onun yaxın xaricidir”.

“AzPolitika” xəbər verir ki, bunu Kremlin əsas təbliğatçılarından olan Vladimir Solovyov öz verilişində deyib.

"Ermənistanda baş verənlər bizim üçün Venesuelada baş verənlərdən daha ağrılıdır. Ermənistanın itirilməsi nəhəng bir problemdir. Mərkəzi Asiyamızdakı problem bizim üçün nəhəng bir problemdir. Məqsəd və vəzifələrimizi çox aydın şəkildə ifadə etməliyik. İzah etməliyik: oyun bitdi. Beynəlxalq hüquqa tüpürməliyik”.

O deyib ki, “SVO” təkcə Ukraynada deyil, Rusiyanın “bütün nüfuz zonasında” keçirilməlidir: “Əgər milli təhlükəsizliyimiz səbəbindən Ukrayna ərazisində “SVO” başlatmışıqsa, niyə eyni səbəblərə görə təsir zonamızın digər nöqtələrində də “SVO” başlada bilmərik?"

Solovyov həmçinin ukraynalılara "rəhm etməməyə" çağırıb və deyib ki, əvvəlcədən qəddarlıq göstərilsəydi, müharibəni daha tez bir zamanda bitirmək olardı.

Göründüyü kimi, dünya doğrudan da olduqca təhlükəli bir dövrə qədəm qoyub. Belə dövrlərdə Solovyov kimi təbliğat tulaları yeni müharibələrə, qanlara, fəlakətlərə çağırışlar edir. Təəssüf ki, diktatura və işğal rejimlərindən gələn bu cür çağırışlar çox vaxt Ukraynada olduğu kimi, real addımlara gətirib çıxarır…

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

TARİX 2026-01-13 09:27:20

ƏSİİL SİFƏTLƏRİNİ GÖSTƏRİRLƏR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol