Menu

MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

12.01.2026, 10:54
MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

Azərbaycanda dövlət qeydiyyatına alınan siyasi partiyaların 2025-ci il üzrə maliyyə hesabatlarının qəbul olunmasına başlanılıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

Qeyd edilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, artıq yanvarın əvvəlindən bu prosesə start verilib. Siyasi partiyalar ötən il üzrə maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər.

Qanunvericiliyə əsasən siyasi partiyaların maliyyə hesabatları MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol