Menu

“BİR GÜN DƏ YUBANMA OLMAMALIDIR!” - Prezident İlham Əliyev tapşırıq verdi

12.01.2026, 23:00
“BİR GÜN DƏ YUBANMA OLMAMALIDIR!” - Prezident İlham Əliyev tapşırıq verdi

“Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır”

“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”.

“AzPolitika” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib.

Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı olduğunu vurğulayıb: “Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır ki, Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır və yubanmalar da olmamalıdır. Çünki yenə də deyirəm, proqram 2035-ci ilə qədər nəzərdə tutulur. Biz hesab edirdik ki, bunu daha da tez bir zamanda etmək mümkündür. Ancaq tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır, yəni kifayət qədər vaxt var, ancaq bir gün də yubanma olmamalıdır”.

“AzPolitika.info”

Şərhlər

Süni İntellekt B. 2026-01-17 14:50:28

Tarixdən məlum-özəl Sahibkar H.Tağıyevin hesabına qurulmuş *Şollar suyu* xətti olduğu kimi qalıbmı, ya artıq yoxdu? Digər içməli su kəməri Qəbələdən Bakıya çəkildi və bir neçə il içməli oldu! Hazırda ölkə üzrə içməli su xəttinin və harada olduğunu KİM analizlərlə təsdiqləyə bilər?

Nüşabə 2026-01-15 00:48:07

Təhsil və Səhiyyə olan yeyintilər və məmur özbaşınalığı pik həddədir...Təbib ...yüksək balla sertifikasiyadan keçdim amma adi tibb bacısı Poliklinikaya öz ərazisimdə işə düzələ bilmirəm ,öz ixtisasım " mama" - dır.Məktəblər anarxiya bazar...Bizim Gələcəyimiz ciddi təhlükədədir....

Aqşin 2026-01-14 20:16:17

Qorxmaz o boyda ərazini zət edənd.hətta dənizi mənimsyəndə nəzarət orqanları hara baxırdı?

Vusale İbrahimova 2026-01-14 18:05:10

hara şikayət edirik hansı qapını döyüruk deyirlər bizlik deyil, başlarından edirler, bes biz dərdimizi kime deyek

Zaur 2026-01-14 15:55:13

Xais edirəm cənab prezident rayonlardada is yerleri qurulsun hər bakida yasiyan rayonlular oz rayonuna qayitsin cunki işsizlikdən hər kəs bakiya gəlir bunun qarsisi alinmalidir

Vətəndaş 2026-01-14 10:16:50

Əsədovlar..Ziyalar.Qaralovar,Abutabovar vəs air.və sairlər milyonlarla dövlət vəsaitlrii mənisədər və heçbir sorğuya cəlb olunmadılar.bunun səbəbni kim araçdracaq?

Elcın ibrahimov 2026-01-14 10:10:02

Abşeron ray saray qesebsinde tikdiler 15ildi hec bir faliyeti yoxdur milyonlar xerclenıb amma hecna yoxdur

Prezidenti sevən 2026-01-13 17:06:29

Şəki İcra Hakimiyyəti və Şəki Bələdiyyəsi "Qocalar Evi"ni xatırladır ! Harda yüksək pensiya alanlar var Şəki Bələdiyyəsində yerləşdirirlər... Savadlı gənc karlarımız isə kənarda qalıblar, xüsusilə Şəhid ailə üzvüləri və Qazilərimiz. Şəkinin İnkişafı üçün xahiş edirik, savadlı, təmiz əqidəli bir Başçı təyin edilsin.

Mübariz 2026-01-13 06:15:10

Oktay Əsədovjn,Nizaməddin Rzahevin, Qorxmaz Hüseynlvun əlindən milyardları alıb layıhənıtezliklə başa vurmaq olar

Kəmalə 2026-01-13 01:44:21

Ayrılan pula ciddi nəzarət olunmasa yenə də məmurlar ayırdığınız vəsaitə özlərinə obyekt açacaq ya vulla tikəcək. Yenə də Binə,Saray, Zığ,Xırdalan,Binəqədi su altında qalacaq. Şəhər meri Əzizov da utanmadan deyəcək ki dünyanın hər yerində bir qaşıq yağış yağanda ölkə çökür)

Kohne 2026-01-12 22:36:26

ELE MEMURLARDA ONU DEYIR......HELE 10 IL DAGITMAQ MŮMKŮNDŮR..........

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol