Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abraham Ermənistana təhvil verilib.
"AzPolitika" xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan da sosial şəbəkə hesabında açıqlayıb.
Onun sözlərinə görə, həmin şəxslər Həkəri körpüsü vasitəsilə qarşı tərəfə təhvil verilib və hazırda İrəvana aparılırlar.
Qeyd edək ki, bu proses Azərbaycan və Ermənistan arasında bərqərar olmuş sülhün praktiki nəticələrindən biridir.
Təhvil verilən şəxslərin Azərbaycanda saxlanıldıqları müddətdə hüquqları tam təmin olunub, səhhətləri və saxlanma şəraitləri beynəlxalq standartlara cavab verib.
Məhkumlar həmçinin Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib.
Onların sırasında səhhəti qənaətbəxş olmayan Vaqif Xaçatryana bütün zəruri tibbi yardım göstərilib və daim həkim müayinəsi altında olub.
"AzPolitika.info"

Şərhlər
Qanımızı içənləri buraxmaq lazım deyildir...
Daha bu məhkəmələr nəyə lazım idi ?Zatən hamı bilirdi ki ,bunların hamısı sərbəst qalacaq ,bir Vardanyanı bir az burada tutacaqlar ,vəssalam ...
Bu vaqif şərəfsiz millətimizin başına açmadığı oyun qalmayıb,əsl qurd cəbrayılov,bu vaxta qədər bu şərəfsizin Azərbaycan çörəyini yeyərək sağ qalmasının özü onun üçün bir möcüzə olmalıdır.Bir vətəndaş olaraq istəyim bundan ibarətdir ki, keçmiş Azərbaycan SSR vətəndaşı olan bütün cinayətkar ermənilər elə Azərbaycanda həbs olunub cəzalarını burada çəksinlər.
Ermənilərin hamısını verin. Əsas öz millətimizdən olan heç bir günahı olmayan siyasi məhbuslardır. Buraxılanların yerinə onları artırın:: 4yüzü 5 yüz edin bu il.
Be detiediler, vaqif aqir cinayetler töredib ?)))