Menu

Rusiyada Nalçikdə polislərə qarşı terror aktlarının hazırlanb

17.01.2026, 13:46
Rusiyada Nalçikdə polislərə qarşı terror aktlarının hazırlanb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Xabarovsk diyarında hökumət orqanları nümayəndələrinə və Kabardin-Balkar Respublikasında polislərə qarşı terror aktlarının hazırlanmasının qarşısının alındığını bildirib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.

"Qeyd olunan regionlarda əməliyyat-axtarış tədbirləri nəticəsində Xabarovsk diyarında inzibati binanı yandırmağı planlaşdıran şəxs, eləcə də Nalçik şəhərində polis əməkdaşlarına qarşı sui-qəsd hazırlayan Kabardin-Balkar Respublikasının sakini saxlanılıb", - məlumatda qeyd olunub.

Saxlanılan şəxslərdə bir sıra yazışmalar, həmçinin, sui-qəsdin həyata keçirilməsinin planlaşdırıldığı obyektlərin fotoları aşkar edilib.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko vurğulayıb ki, Kabardin-Balkar Respublikasının sakininə cinayətlərin törədilməsinə görə ittiham irəli sürülüb və həbs edilib.

Xabarovsk diyarında saxlanılan şəxslə bağlı da cinayət işi araşdırılır, o da həbs edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol