Menu

Azərbaycan iki gün ərzində daha 3 nəfər dəm qazından zəhərlənərək ölüb

26.01.2026, 10:37
Azərbaycan iki gün ərzində daha 3 nəfər dəm qazından zəhərlənərək ölüb

Azərbaycan iki gün ərzində daha 3 nəfər dəm qazından zəhərlənərək ölüb.

Şirvan şəhərində yanvarın 24-ü saat 19 radələrində şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Vaqif oğlu Paşayev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Sabunçu rayonunda yanvarın 24-ü saat 03 radələrində Kürdəxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sevinc Gündüz qızı Mahmudova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Sabunçu rayonu yanvarın 25-i saat 05 radələrində Zabrat qəsəbə sakini, 1982-ci il təvəllüdlü Sənay Eldar qızı İsmayılova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Araşdırmalar rayon prokurorluqları tərəfindən aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol