Azərbaycan mediasının, xüsusilə özünü siyasi təmayüllü kimi təqdim edən bir çox internet kanallarının tamaşaçı, baxış, reklam toplamaq üçün şou-maqazin proqramlarının səviyyəsinə enməsi acı reallıqdır. Daha acınacaqlısı isə bu zaman Azərbaycanın 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlindəki Xalq Hərəkatında “ya zəlzələdən, ya vəlvələdən” iştirak etmiş, hələ o zamanlar da intellekt, siyasi təcrübə və biliklər baxımından ciddi problemləri olan, sonradan isə olan-qalan təfəkkürü də deqradasiyaya uğramış admların bu işdə alət edilməsidir...
Son günlər müxtəlif platformalarda qarşımıza Nemət Pənahlı və Pənah Hüseyn arasında “gərgin siyasi polemika” kimi təqdim edilən, əslində isə küçə leksikonunun istifadə edildiyi səviyyəsiz “söz atışması” çıxır. Bu personajlar son 35 ildə zatən 1990-cı illərin Xalq Hərəkatının tarixinə, mahiyyətinə, prinsiplərinə, hörmətinə və s. vura bildikləri ziyanı artıqlaması ilə vurublar. Ancaq bəs etmir - yenə dinc durmurlar...
Bir neçə gün əvvəl internet kanallarının birində bu adamlar köhnə sandıqalrı eşələyərək, gah guya o vaxt meydanda yığılmış pulların haqq-hesabını apardılar, gah bir-birinə “qarpız satan”, “soğan oğrusu”, “dana oğrusu”, “iblis” və daha nə atmacalar atdılar və sair. Sonradan bu düşük dedi-qodunun, təhqirlərin xeyli baxış topladığını görən digər kanal bunları yenidən “xoruz döyüşü” üçün öz verilişlərinə dəvət etdi. Bunlar da özləri bir yana, Xalq Hərəkatında xidmətləri olmuş şəxsiyyətlərə, onların ruhuna, hərəkatın özünə hörmət qoymaq və susmaq, əvvəlki verilişdə yol verdikləri biabırçılıqdan utanmaq əvəzinə cütləşib bu verilişdən o biri verilişə, bu kanaldan o biri kanala “tullanaraq”, şou-maqazin proqramlarına çıxan səviyyəsiz “palatka müğənniləri” kimi bir-birinə dişinin dibindən çıxanı deyirlər. Görünür, cəmiyyətdən diqqət, maraq gözləntiləri olsa da, bunu ala bilməmələrinin heyfini çıxırlar və bundan zövq alırlar. Nə özlərinə hörmət qoyurlar, nə də bir zamanlar təmsil olunduqları hərəkata. Bununla da zatən normal siyasi polemika qıtlığı çəkən siyasi mühiti daha da çirkinləşdirirlər...

Xalqın siyasi savadının az olduğu vaxtlarda ortalığa düşmələri sayəsində qazandıqları dividendlərdən, qarmaqarışıq və birmənalı olmayan keçmişlərindən başqa heç nəyi, heç bir siyasi uğuru, bacarığı olmayan bu adamların bu yaşda etdikləri ikrah doğurur. Təbii ki, heç bir siyasi çəkisi, sözünün, fikrinin cəmiyyətə təsiri qalmayan adamların bu düşüklüyünə fikir verməmək də olar və bəlkə də bu, ən doğrusu olardı. Ancaq onların zatən Azərbaycandakı rusiyayönlü dairələrin uzun illərdir xalqın gözündən salmağa çalışdığı 1990-cı illərin Xalq Hərəkatının nüfuzunu baltalamalarına, bu zaman tez-tez Əbülfəz Elçibəyin və digər mərhum hərəkat liderlərinin adlarını hallandırmalarına, onları da hörmətdən salmalarına biganə baxmaq olmur...
Bu adamların birinin adında, digərinin soyadında “pənah” kəlməsi var. Nə zamansa, əlacsız qalan xalqımız doğrudan da səhvən belələrinə üz tutarq, onlara “pənah gətirmişdi”. Ancaq yaxşı ki, daha belələri xalq üçün “Pənah yeri” deyillər və heç zaman da olmayacaqlar...
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər
Onlardan biri də səvili adam deyilər nemət kimi adamla bir stolda oturmar belə olmaz
NEMET ELÇIBEYI GOʻZDEN SALMAQ ŮÇÙN TAPŠIRIQ ALIB.... GÙMAN KÌ... SIZDE.....
PENAH DA ÇALIŠIR MÙDAFIE ETSIN....ELÇIBEYIN. YATDIGI DURDUGU EVDE MELUM IDI.....BIRCE DENE EV REHMETLIK HEYDER VERMIŠDI ONA....VESSELAM....OLANI BU OLUB....REHMETLIYIN.....
Hər ikisi özlərini idarə etmək qanacaqları olmaması ilə əlaqədar efirə buraxılmamalıdırlar!
Məntiq dərsi: üç iqtibas və bir nəticə.
Formal məntiqə görə: ziddiyyətli olan iki mülahizədən (tezis və antitezis) biri həqiqidir, digəri yanlış, üçüncü variant yoxdur.
TEZİS: Xalq hərəkatı təsadufi və qabiliyyətsizlərin hərəkatı idi (o zamanlar kimdən bu hərəkatın öndərlərinin adlarını soruşsanız, bu iki nəfərin adı mütləq onların arasında çəkiləcəkdi) . -“1980-ci illərin sonu, 1990-cı illərin əvvəlindəki Xalq Hərəkatında “ya zəlzələdən, ya vəlvələdən” iştirak etmiş, hələ o zamanlar da intellekt, siyasi təcrübə və biliklər baxımından ciddi problemləri olan, sonradan isə olan-qalan təfəkkürü də deqradasiyaya uğramış ... adamların”; - “Xalqın siyasi savadının az olduğu vaxtlarda ortalığa düşmələri sayəsində qazandıqları dividendlərdən, qarmaqarışıq və birmənalı olmayan keçmişlərindən başqa heç nəyi, heç bir siyasi uğuru, bacarığı olmayan bu adamların”.
ANTİTEZİS: Xalq hərəkatını gözdən salanlar “rusiyayönlülər” idi -…Onların zatən Azərbaycandakı rusiyayönlü dairələrin uzun illərdir xalqın gözündən salmağa çalışdığı 1990-cı illərin Xalq Hərəkatının nüfuzunu baltalamalarına...”
SİNTEZ: bəlkə bizlərdə toyuq yumurtamayanda “rusiyayönlü”ləri axtarmayaq, cənab müəllif.
Təhqir dolu debatlar iştirakçıların səviyyəsizliklərinin göstəricisidir.Bunun sübuta ehtiyacı var?
Bunların ikisi birə.biri heçə dəyməz! İkisi də fırıldaq,göstərişlə ortaya çıxanlardır.Pənah İran Kodrodan avtobus alınmasındakı rüşvəti necə etdi(100 avtobusdan nə qədər otkat alıb?)
Telvizyanı xoşqədəm,zaurlar və onlara oxşarlar zəbt edib,saitləridə nemət kimilər zəbt edib,Allah M.Ə.Sabiri rəhmət etsin " Əcnəbi göydə ayriplanla gəzir
Biz hələ avtomobil minməyirik"
Bəla burasındadırki bu tiplər yeniliyə baxanlara belə imkan vermirlərki,KİV- lərilə fikirlərini xalqla bölüşə bilsinlər.
bu klounları nədən mediaya çıxarırlar ?
Tam doğru.Ayıbdır mərifətiniz, qanacağınız olsun.
Maraqlısı odur ki ,belələri hələdə 90- larda qalıb yazırsan hörmətli Cəlal ,bunları başa düşmək olar ,nə televiziya ,nə internet ,nə də dünyaya çıxış yox idi ,xalqı aldatmaq asan idi ,gəl ki ,indiki vəzifəlilər,deputatlar ,cib siyasətçilər belə bir dövürdə bu zavallılardan da zavallı durumdadılar. Xalq indi belələri ağızlarını açan kimi bilir kim hansı yuvanın quşudur
Bu Penah Hüseynov belke de yegane Baş Nazur olub ki ,bilmeyib ki.Nazirler kabineti siyasetle meşğul olmalıdır ve ya iqtusadiyyatla .
Maraqlısı odur ki, xəbər portalları, sayıtlar. dırnaq arası İnter TV-ler və daha hansı "Xəbər" qaynaqları görəsən heçmi yorulmadılar ağıl və düçünceler 90-ci illerin əvvəllərində qalan və bir türlü o illerden qurtulub da ireli baxa bilmeyən bu zehniyyetdən. Əslində qınamıram da o xəbər portallarını. Çünki, onların da əksəriyyəti bu zehniyyətin günündədirlər. Lütfən kəndinizə gəlin artıq. Nə çox cəmiyyətdə mövcud vəziyyəti dəyərləndirən, və gələcəyi görən insanlarımız. Araşdırın, tapın və onlarla xəbərlərinizə bir yenilik gətirin. Lütfən.
Nemet Penahov haqqında ancaq bir söz demek olar:"Sovet dövrünün fehle sinifinin "Parlaq Siyasi Xadimi".Bu ve Eli Kerimli yemek yediyi qaba tüpüren "Haqq dananlar"