Goranboyda 63 yaşlı və 31 yaşlı 2 qadın bıçaqlanıb. Onlardan biri dünyasını dəyişib.

“AzPolitika” xəbər verir ki, rayonun Faxralı kəndində 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu anası, 1963-cü il təvəllüdlü Zoya Əhmədovanı və həyat yoldaşı, 1995-ci il təvəllüdlü Jalə Yolçuzadəni bıçaqlayıb.

Hadisə zamanı 10-dan çox bıçaq xəsarəti alan Z.Əhmədova həyatını itirib.

E.Vəliyev həyat yoldaşını bıçaqlamaq istəyərkən anası onun qarşısına keçib.

Qətlə yetirilən Z.Əhmədovanın əmisi oğlu Nəsrulla Əhmədov deyib ki, Eminin anası ilə münaqişəsi olmayıb.

Qeyd edək ki, Jalə Yolçuzadə ağır halda xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri olduğu bildirilir. Emin Vəliyev Vətən müharibəsi qazisi, III qrup əlil olub və müəyyən müddətdən bir müalicə alırmış.

Məlumata görə, ailenin iki azyaşlı övladı var. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı APA TV-nin videomaterialında: