Menu

Azərbaycanda müxtəlif amillərin inflyasiyaya təsir gücü açıqlanıb

04.02.2026, 13:31
Azərbaycanda müxtəlif amillərin inflyasiyaya təsir gücü açıqlanıb

2025-ci ildə Azərbaycanda inflyasiyaya ölkənin xarici ticarət tərəfdaşlarındakı inflyasiya 2,91 faiz bəndi artırıcı təsir edib.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Bundan başqa, onun sözlərinə görə, il ərzində kənd təsərrüfatı istehsalçılarının qiymət indeksi inflyasiyaya 2,69 faiz artırıcı təsir edib.

Xatırladaq ki, AMB-nin yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4 % olacağı gözlənilir.

Ötən ilin oktyabr ayında qurum illik inflyasiyanın 2026-cı ildə 5,7 % olacağını açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol