Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İsrailin xüsusi xidmət orqanı Mossad ilə əlaqəli fəaliyyət göstərdiyi aşkarlanan iki şəxsi İstanbulda keçirilən əməliyyatla nəzarətə alıb.
"AzPolitika"nın məlumatına görə, "Monitum" adlı xüsusi əməliyyat nəticəsində mədən mühəndisi və mərmər ticarəti ilə məşğul olan Mehmet Budak Derya ilə Veysel Kerimoğlu gözaltına götürülüb.
Türkiyə hüquq-mühafizə orqanlarının birgə apardığı araşdırmada onların Mossad adına casusluq etdiyi təsdiqlənib.
Məlumatlara görə, Mehmet Budak Derya 2005-ci ildən etibarən beynəlxalq ticarət fəaliyyəti vasitəsilə Mossad-ın diqqətini çəkib və sonrakı dövrlərdə İsrail kəşfiyyatı ilə gizli əlaqələr qurub. Daha sonra o, Veysel Kerimoğlunu da bu fəaliyyətə cəlb edib.

Şübhəlilər əsasən Fələstin mənşəli şəxslər və Orta Şərqdəki müxalif qüvvələr haqqında məlumat toplayaraq bunları İsrail tərəfinə ötürüblər. Bəzi mənbələrdə ticarət maskası altında dron hissələri və digər həssas mövzularla bağlı cəhdlər də qeyd olunur.
Hazırda faktla bağlı geniş istintaq davam etdirilir. Bu, son dövrlərdə Türkiyədə Mossad-a qarşı keçirilən əməliyyatların davamı kimi qiymətləndirilir.
AzPolitika.info

Şərhlər