Menu

Bu filmi izlədikləri üçün edam edildilər - Şimali Koreyada qəribə olay

07.02.2026, 11:43
Bu filmi izlədikləri üçün edam edildilər - Şimali Koreyada qəribə olay

Beynəlxalq insan haqları təşkilatı "Amnesty International"-ın yayımladığı yeni hesabata görə, Cənubi Koreya istehsalı olan “Squid Game” serialını izlədikləri iddiası ilə bəzi şagirdlər ictimai yerlərdə edam edilib, çox sayda insan isə ağır cəzalara məruz qalıb.

Hesabatda qeyd olunur ki, sözügedən cəzalar Şimali Koreyada tətbiq edilib və bu hallar ölkədə ifadə azadlığına qarşı sərt təzyiqlərin davam etdiyini göstərir. 

"Amnesty International" beynəlxalq ictimaiyyəti bu cür insan haqları pozuntularına qarşı təcili tədbirlər görməyə çağırıb.

Təşkilat vurğulayıb ki, mədəni məhsulların izlənilməsinə görə ölüm və ağır cəzaların verilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol