Menu

Zaporojyenin daha bir kəndi işğalçılardan təmizləndi

11.02.2026, 17:10
Zaporojyenin daha bir kəndi işğalçılardan təmizləndi

Ukrayna Müdafiə Qüvvələri Rusiya hərbçilərini Zaporojye vilayətindəki Kosivtseve kəndindən çıxarıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 33-cü Əlahiddə Hücum Alayı “Telegram”-da məlumat verib.

Bildirilir ki, daha əvvəl Rusiya hissələri kəndə soxularaq evlərdə məskunlaşmışdı. İndi isə kənd Ukrayna tərəfinin tam nəzarəti altındadır. Qeyd olunur ki, Kosivtsevo kəndi işğalçıların infiltrasiya üçün istifadə etdiyi və bu günlərdə işğaldan azad edilən Ternovatoye kəndinin yaxınlığında yerləşir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol