Menu

Avropa ölkələri Cenevrədə Ukrayna-Rusiya-ABŞ danışıqlarına qoşulacaq

17.02.2026, 20:33
Avropa ölkələri Cenevrədə Ukrayna-Rusiya-ABŞ danışıqlarına qoşulacaq

İtaliya, Fransa, Almaniya və Böyük Britaniya Cenevrədə Ukrayna-Rusiya-ABŞ danışıqlarının 3-cü raundunda iştirak etmək üçün öz nümayəndələrini göndəriblər.

"Report" xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

Qeyd olunub ki, bu dövlətlər danışıqların gedişatını izləyir, məsləhətləşmə və müzakirələrdə iştirak edirlər. Avropa ölkələrinin milli təhlükəsizlik üzrə müşavirlərinin Ukrayna və ABŞ nümayəndə heyətləri ilə sülh prosesinin və Rusiya-Ukrayna müharibəsinin başa çatması yollarının müzakirəsinə həsr olunmuş görüşləri gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol