“Meydan TV” işi üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağaya ağır itki üz verib.

Bu barədə jurnalistin dostları sosial şəbəkədə paylaşım edib.

Məlumatda qetyd olunub ki, onun bacısı Zəminə Ağayevə vəfat edib.

Vəkil Zibeydə Sadıqova bildirib ki, Zəminə Ağayeva Rusiyada yaşayırmış və orada vəfat edib. Hazırda onun cənazəsinin Bakı şəhərinə gətirilməsi istiqamətində iş aparılır.

Xatırladaq ki, ötən ayın 28-də jurnalistin anası, ötən il oktyabrın 12-də isə 18 yaşlı qardaşı qızı Səma Ağayeva dünyasını dəyişmişdi.

Qeyd edək ki, Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunub.

“AzPolitika.info”