Menu

157 YAP üzvü həbs edilb - İki min nəfər partiyadan çıxarılıb...

24.02.2026, 21:10
157 YAP üzvü həbs edilb - İki min nəfər partiyadan çıxarılıb...

Yeni Azərbaycan Partiyası (YAP) 2 mindən artıq üzvü partiya sıralarından xaric edib.

“AzPolitika” bildirir ki, bu barədə ”Gununsesi.info”-nun YAP-ın Mərkəzi Aparatından əldə etdiyi məlumatda bildirilir.Məlumata görə, bu qərara səbəb həmin şəxslərin üzvlük haqqını ödəməməsi olub.

Belə ki, xəbərdarlıqlara baxmayaraq, həmin şəxslər son 1 ili üzvlük haqqını ödəməkdən yayınıb. Buna görə də partiya rəhbərliyi belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.

Bundan başqa YAP-ın cinayət məsuliyyətinə cəlb olunan şəxslərinin də sayı bəlli olub.

Məlumata görə, hakim partiyanın üzvü olan 174 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 157 nəfəri barəsində həbs qərarı verilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol