Menu

Mikayıl Cabbarovdan yeni təyinat - FOTO

24.02.2026, 21:05
Mikayıl Cabbarovdan yeni təyinat - FOTO

İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş şöbəsinə yeni müdir təyin olunub.

Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Zöhrab Şakir oğlu Qədirov təyin edilib.

Qeyd edək ki, Z.Qədirov bu təyinatadək Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini vəzifəsində çalışıb. O, 2022-ci ildən bu postu tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol