• Şimali Koreya lideri Kim Çen In 13 yaşlı qızını ölkənin raket proqramına rəhbər təyin edib.

Bu barədə Cənubi Koreyanın "The Chosun Daily" nəşri kəşfiyyat məlumatları ilə tanış olan hökumət mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Kim Çen Inın qızı Kim Cju E raket bölməsinin baş direktoru vəzifəsini icra edir.

Can Can Ha rəsmi olaraq bu vəzifəni tutsa da, generallardan hesabat alan və hətta əmr verən liderin qızıdır. Kəşfiyyat həmçinin onun Pxenyanda keçirilən İşçi Partiyasının 9-cu qurultayı zamanı müəyyən siyasi məsələlərlə bağlı fikirlərini bildirməsini də qeydə alıb.

Bu vəzifəyə təyinat onu Koreya Xalq Ordusunun komandanlığını gələcəkdə öz üzərinə götürməyə hazırlamaq məqsədi daşıyır.

Uzun müddətdir Cu E Kim Çen Inı ictimai tədbirlərdə, o cümlədən, raket sınaq mərkəzlərində müşayiət edir. Analitiklər bu addımın sülalənin kişi varislərə üstünlük verən ənənəsindən tarixi bir uzaqlaşma olduğunu bildirir.

Qeyd edək ki, bazar günü Kim Çen In 15 ildir hakim olan Koreya İşçi Partiyasının baş katibi vəzifəsinə yenidən seçilib. Bu qurultay qarşıdakı beş illik dövr üçün gündəmi müəyyənləşdirəcək.

"AzPolitika.info"