Menu

"Qarabağ" bu il Çempionlar Liqasından nə qədər gəlir əldə etdi? - Rəqəmlər bəlli oldu

26.02.2026, 11:31
"Qarabağ" bu il Çempionlar Liqasından nə qədər gəlir əldə etdi? - Rəqəmlər bəlli oldu

Məlum olduğu kimi, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl Yunayted" komandasına məğlub olaraq turnirlə vidalaşıb.

"AzPolitika" xəbər verir ki, pley-offa yüksələn “Qarabağ” bundan əvvəl 1 milyon avro, liqa mərhələsini ilk “24-lük”də tamamladığı üçün isə əlavə 4,5 milyon avro qazanmışd.  Beləliklə, son nəticələrdən sonra klubun gəliri 5,5 milyon avroya çatmışdı.

Qeyd edək ki, “Qarabağ” bu mövsüm Çempionlar Liqasından artıq 36 milyon avrodan çox gəlir əldə edib. Klub liqa mərhələsinə vəsiqə qazandığı üçün əvvəlcədən 23 milyon 700 min avro qazanmışdı. Bu mərhələdə hər qələbə 2,1 milyon, heç-heçə isə 700 min avro ilə qiymətləndirilirdi. “Qarabağ” liqa mərhələsində 3 qələbə və 1 heç-heçə əldə edərək bu mərhələdən 7 milyon avro gəlir götürüb.

Pley-off mərhələsinə çıxmaq və ilk “24-lük”də yer almaqla birlikdə klubun Çempionlar Liqasından ümumi qazancı 36 milyon 200 min avro (təxminən 73 milyon 797 min manat) olub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol