Menu

AMEA-da yatarkən görüntülənən alimləri cəmiyyət tanıyırmı? – Onlar kimlərdir?

28.02.2026, 11:47
AMEA-da yatarkən görüntülənən alimləri cəmiyyət tanıyırmı? – Onlar kimlərdir?

Günlərdir gündəmi zəbt edən AMEA-nın ümumi yığıncağında yatan alimlər barədə kontent təhlil apardım. 

Nəticəni paylaşmaq istədim. Artıq heç nə yazmayacam, necə deyərlər, "Biz quluq, Əlahəzrət faktın qulu"!

1. Telman Əliyev

Ümumi elmi əsərlərinin sayı: 586

(Onların böyük hissəsi WoS indeksli jurnallarda nəşr olunmuşdur)

Monoqrafiyalar:

Ümumilikdə 27 monoqrafiya

Springer nəşriyyatında 3 monoqrafiya:

Robust Technology with Analysis of Interference in Signal Processing – Kluwer Academic Plenum Publishers, New York, 2003 Digital Noise Monitoring of Defect Origin – Springer-Verlag, London, 2007 Noise Control of the Beginning and Development Dynamics of Accidents – Springer, 2019

Patentlərin sayı: 109

Onlardan 30-u Avrasiya patentidir

Elmi töhfə:

Küyqarışıq təsadüfi siqnalların küylərinin analizi nəzəriyyəsi və texnologiyaları yaratmışdır.

2. Salmanov Məmməd Əhəd oğlu

Ümumi elmi əsərlərinin sayı: 320

Xaricdə nəşr olunmuş əsərlər: 140

Beynəlxalq bazalarda indeksləşdirilən məqalələr: 7

Müəlliflik şəhadətnamələri və patentlər: 1

3. Məmmədov Pərviz Ziya oğlu

Ümumi elmi əsərlərinin sayı: 240

Xaricdə nəşr olunmuş əsərlər: 120

Beynəlxalq bazalarda indeksləşdirilən məqalələr: 10 Müəlliflik şəhadətnamələri və patentlər: 3

4. Babayev Məhərrəm Pirverdi oğlu

Ümumi elmi əsərlərinin sayı: 305

Xaricdə nəşr olunmuş əsərlər: 70

Beynəlxalq bazalarda indeksləşdirilən məqalələr: 40

Müəlliflik şəhadətnamələri və patentlər: 11

5. Babazadə Vasif

Ümumi elmi əsərlərinin sayı: 350

Xaricdə nəşr olunmuş əsərlər: 80

Beynəlxalq bazalarda indeksləşdirilən məqalələr: 35

6. Cəfərov Təyyar Cümşüd oğlu

Ümumi elmi əsərlərinin sayı: 350

Xaricdə nəşr olunmuş əsərlər: 332

Beynəlxalq bazalarda indeksləşdirilən məqalələr: 140

Müəlliflik şəhadətnamələri və patentlər: 15 Mənbə: https://lnkd.in/dDPas2dV

Fətullayeva Sədaqət, sosioloq

Şərhlər

Eli 2026-02-28 14:15:46

Mence bu mesrle müzakire mövzusu olmamalıdır,çünki ömrü boyu yüksek vezifelerde işlemiş Mehduyev 80 yaşından sonra AMEA prexident teyin olunanda bu vezifete layiq akademikler seslerini çıxarmadılar,indi etirazlarını daha sivil formada "mürgülemekle" bildurirler gücleri buna çatlr onu da edirler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol