İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin hücumu nəticəsində həyatını itirdiyi bildirilən uşaqlarla bağlı paylaşım edib.
Nazir sosial şəbəkə hesabında İranın Hörmüzqan əyalətinin Minab şəhərində yerləşən “Şeceretü’t-Tayyibe” qız ibtidai məktəbinə endirildiyi iddia olunan zərbə nəticəsində 160-dan çox uşağın öldüyünü bildirib və onlar üçün qazılan məzarların fotosunu yayımlayıb.
Əraqçi paylaşımında qeyd edib ki, sözügedən məzarlar ABŞ və İsrailin hücumu nəticəsində həlak olmuş 160-dan çox günahsız məktəbli qız üçün qazılıb. O, bəyan edib ki, hücum zamanı uşaqların cəsədləri parçalanıb.
İranlı nazir həmçinin ABŞ- prezidenti Donald Trampın vəd etdiyi “azadlıq” anlayışına istinad edərək, “Trampın vəd etdiyi "xilas əslində belə görünür” ifadəsini işlədib.
"AzPolitika.info"



Şərhlər