İrandakı münaqişə Körfəz ölkələrini bir neçə gün ərzində enerji ixracını dayandırmağa məcbur edə bilər. 

“AzPolitika” xəbər verir ki, bu barədə yazan “Financial Times” qəzetinin məlumatına görə, əgər tankerlər və digər ticarət gəmiləri Hörmüz boğazından keçə bilməsə, Yaxın Şərqdəki müharibə neftin qiymətlərini iki-üç həftə ərzində barel üçün 150 dollara çatdıra bilər.

Qətərin Enerji naziri Səəd əl-Kaabi Yaxın Şərqdə müharibənin "qlobal iqtisadiyyatı məhv edə biləcəyi” barədə xəbərdarlıq edib və Fars körfəzindən olan bütün enerji ixracatçılarının bir neçə gün ərzində hasilatı dayandıracağını proqnozlaşdırıb.

O, həmçinin qazın qiymətlərinin müharibədən əvvəlki səviyyədən təxminən dörd dəfə çox arta biəcəyini deyib.

Onun sözlərinə görə, İrandakı müharibə dərhal başa çatsa belə, Qətərin İranın ən böyük mayeləşdirilmiş təbii qaz zavoduna dron hücumundan sonra normal təchizat dövrünə qayıtması "bir neçə həftədən bir neçə aya qədər" vaxt aparacaq.

Qeyd olunur ki, əsas risk dünya neft və qaz ixracatının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazının bağlanmasıdır.

"Əgər bu müharibə bir neçə həftə davam edərsə, bu, dünya üzrə ÜDM-in artımına təsir edəcək. Enerji qiymətləri hər kəs üçün artacaq. Bəzi məhsulların çatışmazlığı olacaq və bu, təchizatı təmin edə bilməyən zavodlar arasında zəncirvari reaksiyaya səbəb olacaq", - Qətərin Enerji naziri qeyd edib.

Xatırladaq ki, İran martin 2-də Hörmüz boğazının bağlandığını elan edib.

Mütəxəssislər qeyd edirlər ki, neft qiymətləri qarşıdakı aylarda nisbətən yüksək olaraq qalacaq. Brent markalı xam neftin 2026-cı ilin birinci rübündə bir barel üçün 90 dollara satılacağı gözlənilir.

Lakin, 6 martda neft qiymətləri altı gün ərzində ilk dəfə düşməyə başlayıb. Bu azalma ABŞ hökumətinin qiymət artımlarının qarşısını almaq üçün bazara müdaxiləsini nəzərdən keçirməsi ilə əlaqədardır.

C.Məmmədli

“AzPolitika.info”