İranın Minab şəhərində yerləşən Şəcərə-i Tayyibə ibtidai məktəbinə fevralın 28-də edilən hücumla bağlı yeni görüntülər ortaya çıxıb. Görüntülərdə məktəbin "Tomahavk" raketləri ilə vurulduğu iddia olunur.
Hücum nəticəsində 168-i uşaq olmaqla ümumilikdə 175 nəfər həyatını itirib.
Yeni görüntülərin yayılmasından sonra jurnalistlər Donald Trampa bu məsələ ilə bağlı sual ünvanlayıblar.
Jurnalist ABŞ-nin hücuma görə məsuliyyət daşıyıb-daşımadığını soruşub.
Tramp isə bu iddiaları rədd edərək bildirib ki, “Tomahavk raketləri başqa ölkələrə də satılır və onlar tərəfindən istifadə olunur. İranın da əlində Tomahawk olduğu dəqiqdir”.
Bununla belə, yayılan video və peyk görüntülərinin Trampın daha əvvəl səsləndirdiyi “hücumu İran həyata keçirib” açıqlaması ilə ziddiyyət təşkil etdiyi qeyd olunur.
"AzPolitika.info"


Şərhlər
1. İsrail hərbi obyektlərini, texno-laboratoriyalarını 2000 km məsafədən dəqiq vuran Iran silahlarından danışırıq.
Əgər yanılma bu qədər asan isə elə ABŞ və İsrail bütün İran PUA və raketlərini yanıldardı. (Hələlik bunun bir dənə də nümunəsi görülməyib)
2. Ya əgər İranlıların Tomahawkı yanıltması mümkündürsə onu geri çevirib buraxıldığı təyyarəyə çırpardılar.
3. Media məlumatları qara camaat üçün tirajlayır, ağıllı təbəqə üçün yox. İctimai rəyi idarə etmək üçün.
Məsələn guya Sepah Türkmənistanda(...) terrorlar planlayıb və partlayıcıları İrandan gətirib. Kimsə də demir ki quşun quşluğu ilə keçə bilmədiyi sərhəddən o yük necə keçdi? Bunlarla qara camaatı tovlayırlar.....
Bir neçə gün sərhəddi boyu uçuşan PUAdronlara, raketlərə ayıq-sayıq Ordu və Sərhədd Xidmətimiz olduğu halda radar, sputnik, ciddi siyasi-media loxatorluq fəaliyyəti hər an təhlükə gözlənən mənbəyi səhv sala bilərmi? Bilməsəydi, zərbə elə məktəbin üstünə, yaşayış məntəqəsinə düşməzdimi?
Qəribədir. Hətta ABŞ-ın özündə belə, uşaqları vuran raketin 2026-cı ilin yanvarında ABŞ ordusu arsenalına verilmiş Black Tomahawk Vb raketi olması təsdiqlənmişdir. Və yalnız ABŞ ordusunda var. Lakin Azərbaycan mediası kölə inadkarlığı ilə məktəbi İranın vurduğunu tirajlayır. Bu vicdansızlığın, satılmışlığının son həddidir.