Menu

İsrail ordusu Tehran yaxınlığındakı "Talekan" nüvə obyektinə zərbə endirib

12.03.2026, 15:03
İsrail ordusu Tehran yaxınlığındakı "Talekan" nüvə obyektinə zərbə endirib

İsrail ordusu Tehran yaxınlığında nüvə silahının hazırlandığı iddia edilən "Talekan" tədqiqat mərkəzinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Son illərdə obyekt müasir partlayıcı maddələrin hazırlanması və nüvə silahının yaradılması üzrə gizli proqram olan "Amad" layihəsi çərçivəsində həssas təcrübələrin aparılması üçün istifadə olunub", - bəyanatda deyilir.

İsrail ordusu müəyyən edib ki, İran 2024-cü ilin oktyabrında hücum nəticəsində dağıdılmış obyekti bərpa etməyə başlayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol