Menu

Savaşın 14-cü günü - Tərəflər bir-birinin ərazilərinə zərbələr endiriblər

13.03.2026, 11:17
Savaşın 14-cü günü - Tərəflər bir-birinin ərazilərinə zərbələr endiriblər

ABŞ və İsrailin İrana qarşı başladığı müharibə 14-cü gününə daxil olub.

İran mediasının məlumatına görə, Tehranın müxtəlif bölgələrində partlayış səslərinin eşidildiyini bildirib. Eyni zamanda axşam saatlarında İranın İnqilab Keşikçiləri Korpusu bölgədəki ABŞ hərbi bazaları və İsrailin bir sıra şəhərlərini hədəf alan yeni hücum dalğasının başladığını açıqlayıb.

“Asriran” xəbər saytı Tehranda baş verən partlayışların 11 ayrı ərazidə qeydə alındığını yazıb. Məlumata görə, partlayışlar şəhərin şimalındakı Levasan və Zəfəraniyə, cənubundakı İslamşəhr və Rey, şərqindəki Tehranpars və Pərdis, qərbində isə Punək, Mərzdəran, Sohreverdi, Dövlət və Nazıabad rayonlarında baş verib. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

İran İnqilab Keşikçiləri Korpusu isə bölgədəki ABŞ hərbi bazalarına və İsrailin müxtəlif şəhərlərinə qarşı yeni hücum dalğasının başladığını bəyan edib.

İran dövlət televiziyası “Həqiqi Vəd-4” əməliyyatının 44-cü mərhələsi ilə bağlı yayımlanan yazılı açıqlamaya istinadən bildirib ki, İsrailin Kiryat Şmona, Hadera və Hayfa şəhərləri, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması və bölgədəki digər hərbi bazalar raketlər və kamikadze pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol