Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
"AzPolitika" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb.
Dəyişikliyə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcəklər.
Bundan başqa, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və "Emal edilməmiş almazların ixracı ilə əlaqədar "Kimberli Sertifikatlaşdırma Prosesinin Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Bundan başqa, ölkədə emal edilməmiş almazların idxalı və ixracı yalnız "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə üzv dövlətlərdən həyata keçirilə biləcək.
Dövlət başçısı "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.

Şərhlər
Cərimə ilə davlət saxlamaq anlaşılan deyil.Axı bu yersiz,mənasız.xalqı qıcıqlandıran., xalqın əlində qalan,yaşamını güc bəla ilə sürdürən vəsaitləri zorla əlindən alan.yüksək məbləğli cərmələr idarə metodu yox.xalqı əzmək metodudur..unu anlamaq üçün heç bir yüksəktəhsiləehtiyac yoxdur.Hakimiyyət bunu anlamalı və cərimə metodundan əl çəkməlidir.Bu metod xalqa açıq düşmənçilikdir!
« Halaldı » MM deputatlarına ,ancaq cərimələr haqqında qanunları notaryus qaydasında təsdikləyirlər