Menu

58-ci hücum dalğası başladı - VİDEO

17.03.2026, 17:32
58-ci hücum dalğası başladı - VİDEO

İran İsrailə qarşı 58-ci hücum dalğasına başladığını bəyan edib.

Bu barədə İran dövlət televiziyası SEPAH-a istinadən məlumat yayıb.

Məlumata görə, İran Təl-Əviv, Qərbi Qüds, Nəhariyyə və Beyt-Şemeş şəhərlərinə, eləcə də İraq (Viktoriya düşərgəsi), Səudiyyə Ərəbistanı (Əl-Xərc) və Küveytdəki (Əli əs-Salam) ABŞ bazalarına və bu ölkənin beşinci donanmasının gəmilərinə hücum edib.

Qeyd edilir ki, hücumlar zamanı yaxın, orta və uzaqmənzilli raketlərdən, eləcə də PUA-lardan istifadə olunub.(oxu.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol