Menu

Netanyahu "sui-qəsd" siyahısını yayımladı - VİDEO

18.03.2026, 15:08
Netanyahu "sui-qəsd" siyahısını yayımladı - VİDEO

İranın hücumları zamanı öldüyü iddiaları ilə gündəmə gələn İsrailin Baş naziri Benyamin Netanyahu yayımladığı video ilə bu iddialara cavab verib.

Netanyahu ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi ilə birlikdə çəkilən görüntüləri ictimaiyyətlə paylaşıb. Videoda onun cibindən çıxardığı vərəqi “sui-qəsd siyahısı” kimi təqdim etməsi diqqət çəkib.

Netanyahu kartı göstərərək, “Siyahıdakı adların üstündən xətt çəkmək xoşdur, bunu amerikalı dostlarımızla çiyin-çiyinə etmək isə daha da xoşdur” ifadələrini işlədib. 

ABŞ səfiri Hakabi isə buna cavab olaraq “Xoşbəxtəm ki, adım o siyahıda yoxdur” deyə zarafatla münasibət bildirib.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol