Menu

Avropadan Türkiyəyə sərfəli təklif - Ankara AB ödəniş sisteminə inteqrasiya edilə bilər

24.03.2026, 12:06
Avropadan Türkiyəyə sərfəli təklif - Ankara AB ödəniş sisteminə inteqrasiya edilə bilər

Avropa Birliyi Türkiyənin 41 ölkəni birləşdirən ümumavropa ödəniş sistemi olan “Single Euro Payments Area”-ya qoşulmasını təklif edib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu təşəbbüs 2026-cı ilin fevral ayında müzakirə edilib. Əsas məqsəd avro ilə sərhəd köçürmələrinin dəyərini azaltmaq və sürətini artırmaq, Ankaranın AB ilə iqtisadi inteqrasiyasını gücləndirməkdir.

Bu təşəbbüsün əhəmiyyətli iqtisadi potensialı var. Artıq sistemə qoşulmuş Balkan namizəd ölkələrində köçürmələr üzrə ümumi qənaət ildə 500 milyon avroya çatıb. Türkiyə üçün bu təklif xüsusən də Avropadakı böyük diasporası və aktiv xarici ticarəti nəzərə alınmaqla, kifayət qədər sərfəlidir. Belə ki, Türkiyə də bu sistemə qoşulacağı təqdirdə ən azı həmin ölkələr qədər qənaət edə bilər.

Hazırda Türkiyə ilə AB arasında köçürmə haqları 1000-5000 avro aralığında hər əməliyyat üçün 40 avroya çatır. AB-nin təklifi bu xərcləri azalda bilər.

Daha geniş şəkildə baxılsa, bu təklif iqtisadi əlaqələrin dərinləşdirilməsi cəhdini əks etdirir. Lakin bu sistemə keçid Türkiyə banklarının komissiya gəlirlərini azalda və Avropa standartlarına uyğunlaşma tələb edə bilər. Ona görə də Ankara hələlik AB təklifilə bağlı mövqeyini rəsmi olaraq açıqlamayıb.

“AzPolitika.info”

Şərhlər

Əski Kolxozdar 2026-03-24 12:59:07

Azərbaycanımız (Kreml SSRİni buraxdığı 1992dən) xam neftini, qaz lahyələrini, valyuta ehtiyatını Avropaya yönləsə də, nə Avropa İttifaqına, nə *Single Euro Payments Area*, nə də MDB üzvlüyünə qədər NATO üzvü oldu ki, heç olmasa onun Sülsevərləri Qarabağı azad edərdi? Hərbi Genosid İşğalçısı Ermənistan isə sanki, 1918ci ildən Aİ üzvü fərqli dəstək də almaqdadır!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol