Menu

ABŞ və İsrail ordusu Kirmanşahda yaşayış məntəqəsi bombaladı - 3 nəfər qətlə yetirilib

31.03.2026, 20:05
ABŞ və İsrail ordusu Kirmanşahda  yaşayış məntəqəsi bombaladı - 3 nəfər qətlə yetirilib

ABŞ və İsrail ordusunun İranın Kirmanşah vilayətində yaşayış məntəqəsinə raket hücumu nəticəsində 3 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

"Kirmanşahın Şəriəti məhəlləsindəki yaşayış ərazisinə edilən raket hücumunda 3 nəfər həlak olub",- məlumatda bildirilib və əlavə edilib ki, dağıntılar altından iki nəfər sağ çıxarılıb.

Qeyd olunub ki, 9 fərdi yaşayış evi dağılıb, 30-a yaxın mənzil zədələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol