Yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olur.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri belədir:

- başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri;

- son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri.

Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:

- ödənişli avtomobil yolunun 1,4-cü kilometri – Horadiz–Cəbrayıl–Zəngilan– Ağbənd avtomobil yolu;

- ödənişli avtomobil yolunun 27-ci kilometri – Füzuli Beynəlxalq Hava Limanının giriş yolu;

- ödənişli avtomobil yolunun 32-ci kilometri – Füzuli şəhərinə giriş yolu;

- ödənişli avtomobil yolunun 32-ci, 47-ci və 67,5-ci kilometrlərində – Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu).

Ödənişli avtomobil yolunun texniki göstəriciləri:

- uzunluğu – 81,3 kilometr;

- texniki dərəcəsi – I c;

- hərəkət zolaqlarının sayı: 0–46-cı kilometr hissəsində – 6, 46–81,7-ci kilometr hissəsində – 4;

- hərəkət zolağının eni – 3,5 metr;

- yol çiyninin eni: 0–46-cı kilometr hissəsində – 2,5 metr, 46–81,7-ci kilometr hissəsində – 2 metr;

- torpaq yatağının eni: 0–46-cı kilometr hissəsində – 29,5 metr, 46–81,7-ci kilometr hissəsində – 21,5 metr;

- yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr;

- ayırıcı zolağın eni – 2 metr.

Alternativ ödənişsiz avtomobil yolunun marşrutu, uzunluğu və əsas texniki göstəriciləri:

- Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu):

- uzunluğu – 101 kilometr;

- texniki dərəcəsi: 0–17-ci kilometr hissəsində – III, 17–101-ci kilometr hissəsində – II;

- hərəkət zolaqlarının sayı – 2;

- hərəkət zolağının eni – 3,5 metr;

- yol çiyninin eni: 0–17-ci kilometr hissəsində – 1,5 metr, 17–101-ci kilometr hissəsində – 2,5 metr;

- torpaq yatağının eni: 0–17-ci kilometr hissəsində – 12 metr, 17–101-ci kilometr hissəsində – 14 metr;

- yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr.