Menu

Eyfel qülləsinin bu hissəsi satışa çıxarılır - Bu qiymətə

09.04.2026, 12:29
Eyfel qülləsinin bu hissəsi satışa çıxarılır - Bu qiymətə

Fransanın paytaxtı Parisin əsas simvollarından biri olan Eyfel qülləsi bu dəfə qeyri-adi xəbərlə gündəmə gəlib.

Məlumata görə, qüllənin orijinal pilləkənlərinin bir hissəsi hərraca çıxarılacaq. Nadir eksponatın gələn ay satışa təqdim olunacağı bildirilir.

Ekspertlər artefaktın 140 min – 175 min ABŞ dolları aralığında qiymətə satılacağını proqnozlaşdırırlar. Qeyd edilir ki, sözügedən pilləkən hissəsinin saxlanılması üçün geniş və hündür tavanlı məkan tələb olunur.

Xatırladaq ki, Eyfel qülləsi hər il təxminən 7 milyon turist tərəfindən ziyarət olunur. Ümumilikdə isə onun açılışından bu günədək 300 milyona yaxın insanın bu tarixi abidəni gördüyü ehtimal edilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol