Menu

SABİQ NAZİR MÜAVİNİ MÜŞAVİR TƏYİN EDİLDİ - Mərkəz direktoru işdən çıxarıldı

14.04.2026, 21:38
SABİQ NAZİR MÜAVİNİ MÜŞAVİR TƏYİN EDİLDİ - Mərkəz direktoru işdən çıxarıldı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Kurort” Turizm İnformasiya Mərkəzinin direktoru Emilya Səfərəliyeva işdən çıxarılıb.

“AzPolitika” Lent-az-a istinadən xəbər verir ki, bununla yanaşı AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev də tutduğu vəzifədən azad edilib.

Bundan əlavə, kənd təsərrüfatı nazirinin sabiq müavini Sarvan Cəfərov AHİK sədrinin müşaviri təyin olunub.

Qeyd edək ki, Sarvan Cəfərov 2020-ci ildən 2026-cı ilədək kənd təsərrüfatı nazirinin müavini postunu tutub. O, bu ilin yanvarında tutduğu vəzifədən azad edilib.

Şərhlər

Kasıb 2026-04-14 20:36:15

Day-dayı olanlar işsiz qalmır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol