ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin İranla növbəti sülh danışıqları üçün İslamabad şəhərinə gedib-getməyəcəyi ilə bağlı ziddiyyətli xəbərlər yayılıb.
The Guardian-nın məlumatına görə, ABŞ administrasiyası bir saat ərzində üç dəfə mövqeyini dəyişib.
Belə ki, ABŞ-ın BMT-dəki səfiri Mike Ualtz ABC News-a bildirib ki, vitse-prezident bazar ertəsi İslamabada çatacaq Amerika nümayəndə heyətinə rəhbərlik edəcək.
Daha sonra ABŞ prezidenti Donald Tramp ABC News-a açıqlamasında deyib ki, təhlükəsizlik səbəblərinə görə Vens səfərə getməyəcək — bu, Mühafizə Xidmətinin hazırlığı üçün çox qısa müddət idi.
Lakin bundan sonra Ağ Evdən CNN-ə bildirilib ki, Vens səfərə gedəcək.
“Şərtlər dəyişdi”, – deyə rəsmi şəxs qeyd edib.
Bildirilib ki, Vens əslində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerin daxil olduğu nümayəndə heyətinə rəhbərlik edəcək.

Şərhlər
Ağ ev dəlixanadır vallah. Kim yuxudan tez durur ağzına gələni deyir. Prezidentlə vitse prezidentin biri birində xəbəri yoxdu ya da yolları fərqlidir. Ümumiyyətlə hazırda dünyanı dəlilər idarə etməkdədir...
Dünən Fatmanisə arvad and-aman edirdi ki, Trampla Vena küsülüdür. Onu məsxərəyə qoyudular ki, ay arvad sən 10 aralıdakı qonşudan danışa bilərsən daha 10 min kilometr aralıda olan Amerika barədə özüdə Ağ evdəki qiybətlər sənin hapın deyil axı.. Amma məlum oldu ki Fatmanisə 100 -lik düzgün proqnoz verib...KİV lərhər şeyi Fatmanisəən soruşun.