Kremlin əsas təbliğatçılarından sayılan Vladimir Solovyovun son efiri İtaliya ilə Rusiya arasında diplomatik qalmaqala səbəb olub. Bütün əndazələri aşan Solovyov həmin canlı efirdə İtaliya Baş naziri Giorgia Melonini “fahişə” adlandırıb.
“AzPolitika” xəbər verir ki, baş verənlərlə bağlı İtaliya Xarici İşlər Nazirliyi Rusiya səfirini nazirliyə çağırıb. İtaliya mediasının yazdığına görə, İtaliya Xarici İşlər naziri Antonio Tayani rəsmi etiraz bildirmək üçün Rusiya səfiri Aleksey Paramonovun çağırılmasını əmr edib.
Dünən "Solovyov Live" verilişində Vladimir Solovyov Giorgia Melonini italyan dilində "fahişə" və "faşist məxluq" adlandırıb, çünki o, "sədaqət andı içdiyi Trampa xəyanət edib". ABŞ Prezidentinə “qahmar çıxan” Solovyov hesab edir ki, Meloni sona qədər Trampı dəstəkləməyib və ona qarşı çıxmağa başlayıb. Onun bu sözləri sonradan İtaliyanın böyük media orqanları tərəfindən tirajlanıb.
Məsələyə İtaliyanın Müdafiə naziri də müdaxilə edib.
"Tez-tez açıqlamalar verən İtaliyadakı Rusiya səfirliyindən bu sözlərdən və bu tondan uzaq durmağı tələb etməyi öz vəzifəm hesab edirəm", - deyə İtaliyanın Müdafiə naziri Guido Crosetto bildirib.
Rusiya səfiri isə Solovyovun bu çıxışından məsafə saxlamağa çalışıb və deyib ki, bunlar “kminsə sırf şəxsi, emosional, özəl qiymətləndirmələridir” və bunu Rusiyanın rəsmi mövqeyi kimi qəbul etmək olmaz.
Daha sonra Meloni özü Solovyova “X”-də cavab yazıb və deyib ki, Solovyov kimi "rejim təbliğatçısı” ona dərs verə bilməz.
Xatırladaq ki, Solovyovun Ukrayna müharibəsindən əvvəl İtaliyanın məşhur Komo gölü sahilində bahalı malikanəsi olub. Müharibə səbəbindən tətbiq olunan sanksiyalar nəticəsində həmin malikanə müsadirə olunub və Solovyovun əlindən alınıb.
“AzPolitika.info”

Şərhlər
Solovyovun Meloniye qarşı ifadələri tənqid deyil, təhqirdir. Siyasətlə və yaxud da qazeteliklə məşqul olan kəs, başqa bir ölkənin rəhbərinə qarşı bu cür iyrənc sözlərdən istifafə edirsə, demək ki şəxsi yanğısı var. Əslində bununla Solovyov həm də öz murdar xarekterini ortaya qoymuş oldu (onun kimliyi zatən bizlərə bəllidir, indi də kendini Avropaya tanıdır).
"Ağıllı"adamdı ,Putin kim dese hürer teki pul olsun ata anasını da basıb keçer Leyaqet yox,Kişilik yox,Şexsiyyet yox.Bu ve bunun kimilerin bir Allahı var :Pul ve pul sahibine "Sedaqet".Adi sahibsiz küçe itleri bu ve bunun kimilerden qat qat "şereflidir"
Soloveyin böyük malikənəsi var idi İtaliyanın kurort şəhərlərindən birində..onun əmlakına həbs qoyublar avropada..qeletde eliyir,bu degige çağırsalar ayaqyalın avropaya qaçar..bu soloveyim üz-üzlər görüb..özü kimi betəri yoxdu