Menu

ONLAR GETDİ, PƏNAHOV QALDI – MSK-nın yeni rəhbəri kim olacaq?

22.04.2026, 23:31
ONLAR GETDİ, PƏNAHOV QALDI – MSK-nın yeni rəhbəri kim olacaq?

Aprelin 27-də Mərkəzi Seçki Komissiyasının səlahiyyət müddəti başa çatır. Hazırkı tərkib 2021-ci ilin aprelində Milli Məclis tərəfindən təsdiq edilib.

Qanunvericiliyə görə, 18 üzvdən ibarət olan seçki qurumunun tərkibi 5 ildən bir yenilənməlidir. Onlardan 6 nəfəri Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP), 6 nəfəri azlıq təşkil edən partiyaların təmsilçiləri, digər 6 nəfəri isə bitərəf deputatları təmsil edən nümayəndələrdir.

Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclasında partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edəcək yeni namizədlərin Milli Məclisə təqdim olunması barədə qərar qəbul edilib. YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tərəfindən təqdim edilən siyahıya əsasən, aşağıdakı şəxslər MSK-nın əsas üzvlüyünə namizəd göstərilib: Məzahir Pənahov, Rövzət Qasımov, Ramiz İbrahimov, Hüseyn Paşayev, Elmar Məmmədov və Sevinc Abdullayeva. Əvəzedici üzv kimi isə Elnarə Mustafayevanin namizədliyi təqdim olunub.

Qeyd edək ki, hakim partiyanın MSK-dakı tərkibi əsaslı şəkildə yenilənib. Belə ki, səlahiyyət müddətini başa vuran tərkibdə Məzahir Pənahov, Rövzət Qasımov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, əvəzedici üzv isə Surəddin Hümbətov olub. Beləliklə yeni tərkibdə Şaitdin Əliyev, Validə Kazımova yer almayıb, onları Elmar Məmmədov və Sevinc Abdullayeva əvəzləyib. YAP-ın MSK-dakı əvəzedici üzvü də dəyişib – Elnarə Mustafayeva Surəddin Hümbətovu əvəzləyib.

Maraqlı məqamlardan biri odur ki, hakim partiya martın 13-də 75 illik yubileyini qeyd etmiş Məzahir Pənahovu yenə əsas seçki qurumuna göndərib. Pənahov 2000-ci ildən MSK-nın üzvü və sədridir, gözləntilərin əksinə, bu il onun seçki sistemindəki 26 illik fəaliyyəti başa çatmır. YAP qurumdakı 3 təmsilçisini yeniləsə də, onun adını ilk sırada Milli Məclisə göndərib.

Gözləntilərə gəlincə, kuluarlarda dolaşan xəbərlərdə Məzahir Pənahovun təqaüdə getmək arzusunda olduğu, onu MSK sədri postunda iqtidar partiyasının digər təmsilçisi Rövzət Qasımovun əvəzləyəcəyi bildirilirdi. Bu dəyişkiliyin artıq baş verməyəcəyini iddia etmək doğru olmaz, MSK-nın yeni tərkibi formalaşarkən Məzahir Pənahovun sədr olub-olmayacağı məlum olacaq, amma dəqiqdir ki, o, mərkəzi seçki qurumunun üzvü olaraq fəaliyyətini davam etdirəcək.

Bundan başqa Pənahovun uzun müddət medianın gündəmində olan ailə qalmaqalının onun karyerasının sonunu yaxınlaşdırdığı barədə versiyalar səslənirdi.

Xatırladaq ki, MSK sədrinin oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı H.Pənahova arasındakı məhkəmə çəkişməsi bu il martın 31-də başa çatıb. Ali Məhkəmə Pənahovun şikayətini təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Dövlətini sevən 2026-05-03 21:47:47

Şəkinin 114 saylı Seçki Dairəsində təcili surətdə kadr dəyişikliyi olmalıdır. Dairədən Kamranlar, Məmmədnurular dairədən azad olunmalıdırlar, çünki onların Seçki Dairəsində işləmələri seçkilərin gedişatına mənfi təsir göstərir....?

Nazim 2026-04-29 10:45:35

Seçgi sisteminin kŏhnə-təzə məzar panaxovu

Seçici vətəndaş 2026-04-25 11:18:18

YAP hansı məqsədlə saxtakarlığı dəfələrlə sübut olunmuş Məzahir Pənahovun MSK-ya namizəd göstərir? Bu ciddi məsələnin saxtakar əllərə tapşırılmasının səbəbi nədir?

Mənsur 2026-04-23 13:04:24

Dəyişsə də gələn bizə xeyri nədir?

Müəllim 2026-04-23 09:57:08

Baş seçki...

Ramil 2026-04-23 09:55:34

Partiyalar MSK tərkibinə qarışmamalı,sadəcə onlara verilən yer sayı üzrə namizədlər ilə məşğul olmalıdır.

Cəmşid Dərələyəzli 2026-04-23 07:05:19

Sizlər üçün nə fark edər.

Vətəndaş 2026-04-23 01:33:17

Bu ciddi məsələ niyə YAP-da həll olunur ?

Aydın 2026-04-22 22:54:35

Şəkidədə 114 saylı Dairə Seçki komissiyasında da özbaşnalıq hökm sürür. Belə ki, uzun müddət dairəyə rəhbərlik edən seçki saxtakarı olan Rəhman öz yerinə kürəkənini, savadız Kamranı təyin etdirmişdir. Sanki 114 saylı DSM özəl bir qurumu xatırladır. Dairədə və Məntəqələdə nüfuzsuz, qocalar təyin olunmuşlar ,çünki Kamran qanunlarla işləməyi sevmir ? Köklü dəyişikliklər edilməlidir DSM-də

Akif 2026-04-22 22:36:38

SEÇKİ ONLAYN, YƏNİ ELEKTRON FORMADA KEÇİRİLSƏ, MSK-YA EHTİYAC QALMAZ!!

İsmət 2026-04-22 20:09:42

Bizdə MSK-ehtiyac yoxdur, çunki seçki yoxdur, seçilməli olanlar isə yuxarıdan təyin olunurlar.

İradə Ələkbərova 2026-04-22 18:59:49

Cavan kadrlarla əvəz olunsa məncə yaxsi olar

miri 2026-04-22 18:53:54

Məzahirin əmlak siyahısı mətbuata çıxarılmayıbsa, hələ öz yerində qalacaq. Kimi çıxarırlarsa, əvvəl onun adına rəsmləşən əmlakların siyahısı yayılır, sonra bir hissəsindən imtina etdirilərək əlindən alınır. "Lokallaşma" bitəndən sonra "təhlükəsiz adam" statusu qazanır və işdən azad edilir. Müqavimət olarsa ya həbs, ya qara torpaq variantı təqdim olunur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol