Menu

"Aİ Ukrayna üçün 90 milyard avroluq krediti blokdan çıxarıb" - Koşta

23.04.2026, 16:32
"Aİ Ukrayna üçün 90 milyard avroluq krediti blokdan çıxarıb" - Koşta

Avropa İttifaqı (Aİ) 2026-2027-ci illərdə maliyyə və hərbi dəstəyin təmin edilməsi üçün Ukraynaya 90 milyard avro məbləğində kreditin verilməsi prosedurlarını başa çatdırıb.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ Şurasının sədri Antonio Koşta "X" hesabında bildirib.

Koşta qeyd edib ki, Aİ həmçinin Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul edib.

"Söz verildi və yerinə yetirildi. Ukrayna üçün 90 milyard avro məbləğində kredit blokdan çıxarılıb ki, bu da 2026-2027-ci illər üçün maliyyə və hərbi dəstəyi təmin edir. Bundan başqa, Rusiyanın müharibə aparmaq qabiliyyətinin azaldılmasına yönəlmiş 20-ci sanksiya paketi də qəbul edilib", - o yazıb.

Şərhlər

Mahir 2026-04-23 17:57:50

Tramp İranla müharibədə uduzacaq və impiçmentlə vəzifəsindən uzaqlaşdırılscaq. Bu Putinin devrilməsi üçün ciddi president olacaq. Ruslar məğlubiyyəti bağışlamır və məğlub olan bütün çarları linç edib...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol