Menu

AZƏRBAYCANIN AVROPA PARLAMENTİ İLƏ ƏMƏKDAŞLIĞI DAYANDIRILIR - Milli Məclis qanun qəbul etdi (Yeniləndi)

01.05.2026, 21:42
AZƏRBAYCANIN AVROPA PARLAMENTİ İLƏ ƏMƏKDAŞLIĞI DAYANDIRILIR - Milli Məclis qanun qəbul etdi (Yeniləndi)

Azərbaycanın Avropa parlamenti ilə bütün sahələrdə əməkdaşlıq əlaqələri dayandırılır.

Bununla bağlı müddəa Milli Məclisin plenar iclasında müzakirə olunan qərar layihəsində əks olunub.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Qərara əsasən, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır. Parlamentin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur.

Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq..

***

Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edəcək.

Bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova plenar iclasda məlumat verib.

İclasda Qərarın mətninin hazırlanması üçün komissiya yaradılıb. Komissiyanın sədri parlamentin vitse-spikeri Ziyafət Əsgərovdur.

Şərhlər

Müəmma 2026-05-03 22:41:34

Bu oyunbazlığın mənası nə?Ayı meşədən küsüb meşənin xəbəri yox! Avropa neçəölkəni ifadəedir? bu qədər ölkə ilə küsürük? Kimin xatirinə? MM oyuncaq məlisdir ? Sabahı düşünən orada yoxdur ?

Süni İntellekt podskazal 2026-05-03 20:20:34

Azərbaycan Avropa Parlamentini (AP), orada illər öncə yuxarı Qarabağda (əski DQMV sovetliyinin) xaricdən dəstəklənən *Miatsum!* terroruna etinasızlıqla əsr öncəki türkiyəyə yozma soyqırım müzakirəsinə qəti etirazla birdəfəlik tərk etməliydi? Bu günə qədər bu tarixən ən yırtıcı bu cinayət biganəliklə hələ də, Azərbaycan tərəfindən də tam mühakimə edilməyib???

Sabir 2026-05-03 19:18:51

Düşmən ölkənin prezidenti Paşinyan öz milləti üçün pis adam olsa velosipedlə gəzə bilməz xalqının içərisində

miri 2026-05-01 15:03:36

AŞ dan qovulandan sonra əməkdaşlıq etmək qərarı vermək 2 qat ayıb sayılmalıdır.

Vətəndaş 2026-05-01 12:30:35

Niyə? Səməd Seyidovun kürü siyasəti.onun əməllərinin müdafiəsi?Anlaşılması zor!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol