Tramvay uzun müddətdir müzakirə olunan mövzulardan biridir. 2025–2030-cu il dövlət proqramında tramvay haqqında xüsusi maddələr qeyd olunub.
"AzPolitika" xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Azad Azərbaycan” Televiziyasına (ATV) müsahibəsində deyib.
O bildirib ki, hazırda tramvayın konseptual planı hazırlanır. İlkin olaraq Mehdiabad ərazisindən Bakı şəhərinin mərkəzinə alternativ bir neçə variant müzakirə edilərək tramvayın çəkilməsi planlaşdırılır. "Bakıda gələcəkdə 5 fərqli istiqamət üzrə tramvay olması planlaşdırılır. İlkin perspektivdə əhalinin sıx məskunlaşdığı və kütləvi ictimai nəqliyyat həllinə çıxışı olmayan ərazilərə tramvayın çəkilməsi nəzərdə tutulur. Məqsəd odur ki, tramvay metronu və avtobusu əvəzləməsin, əksinə, onları birləşdirən vasitə olsun”, - deyə "Bakı Metropoliteni” QSC-nin sədri əlavə edib.

Şərhlər
Kaş ki Hacıbala tramvayı ləğv etməsəydi. İndi bu bakıdan VAY olan tramvayı 22 ildir ki tikə bilmədilər
Yemiş, qarpız, balqabaq, vertolyot, avtobus, təyyarə, qatar hansı daha sərfəlidir texnoloji hazırlq, xidmət və çeviklik Abşeron-Xəzər tıxacına qarşı səmərli və imtinasız işlək olmalıdır. Lenin ümummilli-texnoloji tövsiyələrini: Mexanikləşsirmə, Elektrikləşdirmə, dövləti-büdcədən hamıya əlavə bir peşə ilə tam orta təhsil və hər kəsin sağlamlığına tibbi səhiyyə xidməti devizləri digər dövlətlərdən fərqli yüksək hesabi səmərə və məhsuldarlıq üçün bəyan etmişdi! Sadəcə, təslim üçün Qorbaçov kimi dünyəvi İnteqrason-texnoloji tərəqqi islahatı şüarı kimi deyil? Hər layihə və yeni işin, məhsulun, obyektin mövcud analoqlardan dəqiq yüksək səmərə sinni təsdiqləyən hesabatı olmalı? Trolleybusların necə qeyri-sabit işlədiyi, trolleylərin(elektro-ştanqların) digər SSRİ şəhərlərinə nisbətən gündə 5-10 dəfə çox xətdən çıxması, kömür kontaktlarını keyfiyyətsizliyi və vaxtında dəyişilməməsi???