Menu

Biləsuvarda məcburi köçkün evlərinin təmirinə başlanılır

20.05.2026, 14:19
Biləsuvarda məcburi köçkün evlərinin təmirinə başlanılır

Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmirinə başlanılır. İqtisadiyyat.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.

Məlumata əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti bununla bağlı müvafiq hazırlıq işlərini yekunlaşdırıb.

Belə ki, qurum təmir işlərini “Real-İnşaat” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Sözügedən təmir işlərin icrası 455 min manata başa gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol