Menu

Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib

01.06.2026, 12:35
Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan verilən məlumata görə, azad olunan ərazilərdə may ayı ərzində 173 piyada əleyhin, 111 tank əleyhinə mina, 1 537 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 7520.2 hektar ərazi minalardan təmizlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol