Rusiya Azərbaycanla mədəni və humanitar əməkdaşlığın "yaxın gələcəkdə" yenidən başlamasını vacib hesab edir. 

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.

"Moskva ümumiyyətlə Azərbaycanla ikitərəfli əlaqələrin bütün spektrinin ardıcıl inkişafına sadiqdir. Bu, ölkələrimizin xalqlarının maraqlarına uyğundur. Hesab edirik ki, hazırkı fasilədən sonra mədəni və humanitar sahədə tammiqyaslı əməkdaşlığın mümkün qədər tez yenidən başlaması vacibdir. Bu sahədə bir sıra təşəbbüslər var ki, onlar o cümlədən ən yüksək səviyyədə müzakirə olunub", - Zaxarova deyib.

Xatırladaq ki, bundan öncə də Rusiya XİN və digər strukturlar səviyyəsində Azərbaycanda “Rus evi” də daxil olmaqla, Rusiyaya aid “mədəni və humanitar obyektlər”in bərpası istiqamətində çağırışlar edilib.

“AzPolitika.info”