Rusiya-Ukrayna müharibəsi təkcə "Baydenin müharibəsi" deyil, həm də "Trampın müharibəsi"dir. 

“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, son bir ildə Moskva və Vaşinqton arasında müxtəlif formatlarda, o cümlədən dövlət başçıları səviyyəsində çoxsaylı əlaqələr olub. 

Onun dediyinə görə, bu dövr ərzində Kreml Ağ Evin Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı onunla eyni mövqedə olduğuna inanıb. Lakin indi bunun belə olmadığını görür: "Həmkarlarımız bizə daim deyirdilər və Donald Tramp açıq şəkildə vurğulayırdı ki, “əgər mən prezident olsaydım, Ukraynada müharibə olmazdı, bu, Baydenin müharibəsidir, heç kimə lazım deyil, insanlar ölür” və sair".

Lakin Lavrovun sözlərinə görə, ABŞ Dövlət katibi Marko Rubionun ABŞ-nin Ukraynanı dəstəklədiyi barədə son açıqlaması "Baydenin müharibəsinin Trampın müharibəsinə çevrildiyini" göstərir.

"Bundan əlavə, bilirsiniz ki, Pentaqonun büdcəsi var və orada Pentaqonun Ukraynaya dəstəyi ilə bağlı bölmə var", - deyə Rusiya XİN başçısı əlavə edib.

Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio Konqresdəki son çıxışında Ukrayna mövzusuna toxunub və deyib ki, Ukraynada sülhə əsas maneə tərəflərin, xüsusən də Rusiyanın lazımi güzəştlərə getmək istəməməsidir.

“AzPolitika.info”