ABŞ Prezidenti Donald Tramp  İranın Vaşinqtonla sülh sazişi bağlamaq məsələsini "həddindən artıq uzatdığını" və buna görə "bədəl ödəyəcəyini" bəyan edib.

"AzPolitika" xəbər verir ki, o, bununla bağlı özünün "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

Tramp fevral-aprel aylarında ABŞ-nin endirdiyi zərbələr nəticəsində İran ordusuna ciddi ziyan dəydiyini xatırladıb və Tehran rejimini tənqid edib: “İran ancaq danışır, lakin heç bir iş görmür”.

"Fox News" telekanalına müsahibəsində Donald Tramp ABŞ-nin İrana qarşı irimiqyaslı hərbi zərbələri bərpa etməyə yaxın olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu dəfə hədəflər sırasında İranın kritik infrastrukturu – elektrik stansiyaları və strateji körpülər də var. Tramp iddia edib ki, İran rəhbərliyi danışıqları qəsdən uzatmaqla ABŞ-ni manipulyasiya etməyə çalışır.

Qeyd edək ki, dünən Tramp tezliklə İranla sülh sazişinin imzalayacağına ümid etdiyini bildirmişdi. Aprel ayından bəri vasitəçilər vasitəsilə aparılan danışıqlarda irəliləyiş olduğu deyilsə də, Tehranın ABŞ-nin bir sıra mühüm tələblərini rədd etdiyi bildirilir.

Rasim

"AzPolitika.info"