Menu

"İranla müharibənin bərpası Yaxın Şərqə baha başa gələcək" - Kallas

11.06.2026, 20:27
"İranla müharibənin bərpası Yaxın Şərqə baha başa gələcək" - Kallas

ABŞ ilə İran arasında döyüşlərin bərpa olunmasının bütün Yaxın Şərq üçün ağır nəticələri olacaq.

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallas İran ilə Küveytin xarici işlər nazirləri Abbas Əraqçi və Şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabahla telefon danışığının yekunlarına əsasən "X" sosial şəbəkəsində bildirib.

Qeyd olunub ki, Kallas və Əraqçi regiondakı mövcud vəziyyəti, eləcə də İran-ABŞ danışıqlarının gedişini müzakirə ediblər.

"Mən həmçinin Küveytin xarici işlər naziri ilə də danışdım. Fars körfəzi ölkələrinə və onların kritik əhəmiyyətli infrastrukturuna yenidən başlayan hücumlar qəbuledilməzdir. Tammiqyaslı müharibəyə qayıdış bütün regiona son dərəcə baha başa gələcək. Diplomatik yol bu müharibəyə son qoymağın ən yaxşı üsulu olaraq qalır", - Kallas əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol