Menu

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək - Siyahı

25.11.2026, 18:35
Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək - Siyahı

Xırdalan şəhərində və Abşeron rayonunun bir neçə qəsəbəsində yolların əsaslı təmiri aparılacaq.

"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq prosedur başa çatıb.

Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Digah və Şəfəq qəsəbələri, Novxanı, Masazır və Fatmayı kəndlərində yolların əsaslı təmiri aparılacaq.

Sözügedən layihəyə 2 milyon 769 min 849 manat xərclənəcək.

Təmir ediləcək yolların siyahısı ilə buradan tanış ola bilərsiniz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol