Sərfəli qiymətlərlə inşaat-təmir işləri həyata keçirmək barədə elanları sosial şəbəkələrdə yayaraq vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şirkət rəhbəri Zahir Əskərovun cinayət işinin məhkəməsi yekunlaşıb.
"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq təqsirləndirilən şəxs 7 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Zahir Əskərov zərərçəkənlərin şikayəti əsasında saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, rəhbərlik etdiyi şirkətin cəlbedici reklamlarını sosial şəbəkələrdə yayaraq digər şirkətlərdən daha ucuz qiymətə təmir-tikinti işlərini həyata keçirtmək vədi verib və vətəndaşları aldadıb.
Zahir Əliyev bir neçə nəfərlə müqavilə bağlayaraq əvvəldən aldığı ödənişlərə görə vəd verdiyi təmir-tikinti işlərini həyata keçirməyib və vətəndaşlara qarşı dələduzluq edib. İttihama görə, təqsirləndirilən 5 nəfər zərərçəkənə 200 min manata qədər ziyan vurub.
Zahir Əskərova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.


Şərhlər