Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Kremlin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya gözlənilən səfərinə hazırlıq gördüyünü təsdiqləyib.
“AzPolitika” xəbər verir ki, D.Peskov jurnalistlərin sualını cavablandırarkən səfərin əvvəlcədən razılaşdırıldığını bildirib, lakin dəqiq tarix və proqramla bağlı əlavə təfərrüat verməyib.
"Biz səfərə hazırlaşırıq, bu, əvvəlcədən razılaşdırılıb. Təfərrüatları daha sonra açıqlayacağıq", - deyə, o bildirib.
Xatırladaq ki, ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də işgüzar səfərlə Moskvaya gedəcəyini və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlamışdı. Paşinyanın sözlərinə görə, bu görüşlə bağlı razılıq hələ sentyabr ayında Bişkekdə əldə olunub.
Ermənistan hökumətinin başçısı daha əvvəl dekabr ayı ərzində danışıqlar aparmaq üçün Rusiyaya üç dəfə səfər edəcəyini bildirib:
3 dekabr: Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş;
11–12 dekabr: Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının baş nazirlər səviyyəsində keçiriləcək iclası;
İlin sonunda (22 dekabr): Sankt-Peterburqda Aİİ və Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin ənənəvi illik zirvə toplantıları.
Rasim
“AzPolitika.info”


Şərhlər