Menu

AZƏRBAYCANDA YENİ MƏRKƏZ YARADILDI - Prezident Fərman imzaladı

25.11.2026, 13:40
AZƏRBAYCANDA YENİ MƏRKƏZ YARADILDI - Prezident Fərman imzaladı

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılır.

"AzPolitika"  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, Mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, habelə meşə bitkiləri tinglərinin yetişdirilməsi ilə məşğul olan büdcə təşkilatıdır.

Nazirlər Kabineti iki ay müddətində Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməli, Mərkəzin maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mərkəzin nizamnaməsini və Azərbaycan Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu iki ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.

Maliyyə Nazirliyi isə Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsini dövlət büdcəsinin vəsaiti hesabına təmin etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol