Menu

EYYUBOVUN İNGİLTƏRƏDƏ 10 MİLYONLUQ ƏMLAKLARI VARMIŞ - Siyahı açıqlandı + FOTOLAR

25.11.2026, 15:58
EYYUBOVUN İNGİLTƏRƏDƏ 10 MİLYONLUQ ƏMLAKLARI VARMIŞ - Siyahı açıqlandı + FOTOLAR

Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun İngiltərədəki əmlaklarının siyahısı açıqlanıb.

“AzPolitika” xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli Yaqub Eyyubovun oğlunun adına rəsmiləşdirilən əmlakların ünvanlarını bir-bir öz sosial media hesabında paylaşıb. Məlum olub ki, söhbət ümumilikdə 17 bahalı əmlakdan gedir:

“81 yaşlı Yaqub Eyyubov 23 ildir Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini (2003-cü ildən) vəzifəsini tutur. Onun oğlu Orxan Eyyubov 14 il ərzində İngiltərədə ümumi alış qiyməti 10 milyon funta çatan 17 (!) əmlak alıb. Əmlakın alışı benefisiarı olduğu NEW CANADA CAPITAL LTD şirkəti ilə həyata keçirilib.


Əmlakın siyahısı (Böyük Britaniya əmlak reyestrindəki nömrəsi və alış qiyməti ilə):

* 19 High Street, Ashford (K596906) £340 000

* 345 Upper Richmond Road West, London (SGL334743) £400 000

* 212 Upper Richmond Road, Putney (154970) £395 000

* 1 Horse Fair, Banbury (ON19304) £2 200 000

* 2 Horse Fair, Banbury (ON19304) £300 000

* 16 Market Square, Buckingham (BM278250) £385 000

* 1 High Street, Banbury (ON214032) £300 000

* 36 və 37 Market Place, Wisbech (CB130369) £465 000

* 287 New Kings Road, London (LN61810) — qiyməti açıqlanmır

* 1–1A Camden Walk, London (NGL876938) — qiyməti məlum deyil.

* Unit 2, 14 Norfolk Street, King's Lynn (NK272884) £350 000

* 123 High Street, Sevenoaks (K287740) £317 500

* 37 Wigmores North, Welwyn Garden City (HD231446) - £336 000

* 18–20 The Drapery və digər vahidlər, Northampton (NN268452) - qiyməti bəlli deyil.

* 72 High Street, Winchester (HP472535) - £725 000

* 29–30 High Street, Windsor (BK406820), qiyməti bəlli deyil. Bura keçmiş Barclays Bank binasıdır, hazırda Indelibly Windsor yerləşir.

NEW CANADA CAPITAL LTD-nin 2026 göstəricilərinə görə idarə olunan aktivlərinin ümumi dəyəri 17 milyon funtdan artıqdır”.

Qeyd edək ki, 2023-cü ildə mediada Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsaitin dondurulduğu barədə məlumat yayılmışdı.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol