İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı növbəti dəfə sərt bəyanatla çıxış edib.

Netanyahu sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib:"Baş nazir olduğum müddətdə İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəm. Biz bu məsələdə ABŞ Prezidenti Donald Trampla eyni mövqedən çıxış edirik".

İsrail hökumətinin başçısı qeyd edib ki, 30 ildən artıqdır İranın nüvə fəaliyyətlərinə qarşı mübarizə aparır və bu istiqamətdə beynəlxalq səylərin iştirakçısı olub. Onun sözlərinə görə, əgər bu mübarizə aparılmasaydı, İran artıq nüvə silahına sahib ola bilərdi.

Netanyahu həmçinin İranın İsraili hədəf aldığını iddia edərək, fəaliyyətinin əsas məqsədlərindən birinin bunun qarşısını almaq olduğunu bildirib.

"AzPolitika.info"